Əlində qılınc Təzəpir məscidinə girən şəxslə bağlı - Yeni məlumat

img

17-07-2017 [13:53]


İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb.
 
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla zala daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib. O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib. Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA