Lənkəranskinin 17 il öncəki görüntüləri ortaya çıxdı - VİDEO

img

17-07-2017 [11:05]


Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Mia.az baku.ws-ə istinadən xəbər verir ki, videodan görünür ki, Rövşən Lənkəranski toyda dost-tanışları ilə rəqs edir.

17 il əvvəl çəkilən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İnsanların daha çox diqqətini "Qanuni oğru”nun ədəb-ərkanla rəqs etməsi, ətrafındakı insanlara hörmətlə yanaşması çəkib.

Xatırladaq ki, 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində R.Lənkəranski otellərdən birində keçirilən toplantıda iştirak edib və "90-ND-011" dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Rövşən Lənkəranski hadisə yerində həyatını itirib.





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA