15-07-2017 [15:23]
"Akif Çovdarovun mənimlə bağlı bütün açıqlamalarını rədd edirəm".
Bunu Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.
"Akif Çovdarovun məhkəmədə mənim ünvanıma dediklərinin hamısı yalandır. Bunlar sadəcə quru, sübutu olmayan, əsassız ittihamlardır. Özü həbsdə olan şəxsin başqasına qara yaxması, iftira atması gözləniləndir. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar" deyə T. Əhmədov bildirib.
Sabiq rəis deyib ki, Bakı Metropoliteninin rəisi vəzifəsində çalışdığı illər ərzində qanunsuz işlə məşğul olmayıb: "Vəzifəmdən heç vaxt sui-istifadə etməmişəm. Məqsədim hər zaman mənə göstərilən etimadı doğrultmaq, xalqıma xidmət etmək olub. Mənim dövlətimiz qarşısında xidmətlərim var. Hazırda da öz işimin başındayam. Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədriyəm. Bununla yanaşı, ali məktəblərdən birində pedaqoji fəaliyyətimi davam etdirirəm".
T. Əhmədov hazırda məzuniyyətindən istifadə etdiyini, buna görə də Bakıda olmadığını qeyd edib: " Ona görə də deyilənlərə geniş aydınlıq gətirə bilmirəm. İndi sadəcə bir söz deyə bilərəm, barəmdə söylənilənlər böhtandır. Bəzi adamlar xidmətlərimə kölgə salmaq, qara yaxmaq istəyirlər. Bu isə baş tutmayacaq. Əziyyətləri özlərinə qalacaq. Gəlin etiaf edək ki, Akif Çovdarovun məhkəmə proseslərində səsləndirdiyi fikirlərin hamısı həqiqət olsa, o zaman gərək ölkənin yarısı həbs olunsun. Həbsdə olan insanın başqalarına qara yaxmaq istəməsi başadüşüləndir. Əlbəttə, hazırda bu işlə bağlı istintaq davam edir. Son sözü hakim deyəcək. Mən ədalətin bərqərar olunacağına əminəm. Onun dediklərinin böhtan olduğu, heç bir həqiqəti əks etdirmədiyi gec-tez üzə çıxacaq. O, dövlətinə xəyanət etmiş, ona həvalə olunmuş vəzifədən şəxsi mənafeyi naminə sui-istifadə etmiş biri kimi öz layiqli cəzasını alacaq”.
Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi Akif Çovdarov məhkəmədə verdiyi ifadəsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovu korrupsiyada və dövlət vəsaitini mənimsəməkdə ittiham edib. O, Tağı Əhmədovun Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada biznesinin və evlərinin olduğunu qeyd edib, ünvanlar açıqlayıb. (APA)
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR