Yol polisi komandiri Bakıda qəza törətdi? - Vaqif Əsədovdan reaksiya

img

14-07-2017 [11:34]


Bakıda yol polisi əməkdaşı ağır yol nəqliyyat hadisəsi törədib.

Hadisə Bayılda, Bayraq meydanının yanında olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşı, tağım komandiri, baş leytenant Əlizadə Məmmədəli idarə etdiyi 99 YP 350 dövlət nömrə nişanlı maşını meydanın yaxınlığında yol qırağındakı maneəyə çırpıb. Sürücü xəsarət alıb.

Məlumata görə o, dövlət nömrə nişanı 900 olan şəxsi avtomobili müşayiət edirmiş.

Məsələ ilə bağlı BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama almaq istəsək də, telefon nömrələinə zəng çatmadı. Səbail rayon Dövlət Yol Polisi İdarəsindən və Polis İdarəsindən isə belə bir informasiyaya malik olmadıqlarını bildirdilər(bakipost).

*** 

Məsələylə bağlı Mia.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşı, tağım komandiri, baş leytenant Məmmədəli Əlizadə iş başındadır və heç bir qəza baş verməyib: 

"Mən bütün media orqanlarından da xahis edirəm ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə bağlı hər hansı bir məlumatı yaymadan öncə dəqiqləşdirsinlər. Çünki həqiqəti əks etdirməyəm məlumatların yayılması polisin fəaliyyətinə kölgə salır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA