13-07-2017 [18:35]
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İclasda Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov ifadə verib. O, istintaq zamanı verdiyi ifadənin bir hissəsini təsdiq etməyib. Bildirib ki, Sübahir Qurbanov və Teymur Quliyevə pul verməyib:
"Mən rəhbərliyin göstərişi ilə MTN-ə pul göndərmişəm. Gəlib pulu götürən adamı da nazirlik əməkdaşı kimi tanımışam. Onların kiminsə sürücüsü olmasından xəbərim olmayıb. Cəmi üç-dörd dəfə pul göndərmişəm. İttiham aktında yazıldığı qədər pul göndərməmişəm və orada yazılan məbləğ həqiqəti əks etdirmir. Teymur Quliyevlə qonşu olmuşam, axşamlar çıxıb parkda gəzmişik. Lazım olsaydı orada pul verərdim, sürücü ilə niyə göndərirdim?
Mən heç kimə rüşvət verməmişəm. Bizim onlara heç bir tabeçiliyimiz, əlaqəmiz olmayıb, nəyə görə onlara pul verməliyidim? İstintaq zamanı mənim otağımdan qeydlər olan bloknotları götürüblər, lakin işə əlavə etməyiblər. Əgər etsəydilər hər şey aydın olardı. Mənim səhvim onda oldu ki, istintaq zamanı ifadə verəndə nazirliyə pul göndərdiyimi dedim. Bilsəydim başıma bu oyun gələcək heç deməzdim”.
Daha sonra iclasda bir neçə şahid ifadə verib.
Məhkəmə iclası iyulun 18-də davam edəcək.
Qeyd edək ki, dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.
APA
Şair Əlisəmid Kür vəfat edib
Misir tarixi Sammitə qatılacaq liderlərin siyahısını yaydı: İlham Əliyev, Tramp, Ərdoğan, Makron...
HƏMAS israilli girovları buraxır - ADLAR
"Vüsal 300" ev dustaqlığına buraxılıb
Sergen Yalçın "Fənərbağça"nın futbolçusuna "yox" dedi
"TamStore" marketlər şəbəkəsinin əməkdaşları qəzaya düşüb.
Meksikada təbii fəlakət: 50 nəfər ölüb, 20 nəfər itkin düşüb, minlərlə insan zərər çəkib
Ərdoğan Misirə gedir, İran, İsrailı, Qətər və... - Tarixi Sülh Sammitinə hazırlıq yekunlaşıb
ABŞ-da barda atışma olub - 4 nəfər ölüb, 20 yaralı var
"Fənərbağça"da nə baş verir? - Daha iki futbolçu heyətdən qovulub
Türkiyə millisinin qolkiperi niyə düşərgəni tərk edib? - "Xəyal qırıqlığına uğradım"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Deputatdan Prezidentin Misirə səfərinə şərh: "Bu, Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə və bütövlükdə Avrasiyada..."
İlham Əliyev onlara müraciət edib - MƏTN
"Biz öz təcrübələrimizi onlara aşılamalıyıq" - İnam Kərimov gənc hakimlər nəslinin formalaşdırılmasının önəmini qabardıb
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdə - FOTOLAR
Beynəlxalq Hakimlər Assosiasiyası üzvləri Bakıya toplandı - Azərbaycanın güc qurumlarının rəhbərləri təlimdə + FOTOLAR
TALİBAN PAKİSTANA HÜCUM EDİB: əks zərbələrlə Əfqanistan qüvvələrinə ağır zərbə vurulub - İslamabaddan ard-arda xəbərdarlıqlar
APA TV ilə "Şərurlu İsfəndiyar" arasında qalmaqal: gizli çəkiliş, reklam, şantaj və... - Şok VİDEO
Sabah yağış yağacaq
Prezident İlham Əliyev İspaniya Kralına məktub göndərib - MƏTN
Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib
Azərbaycan Misirdə keçiriləcək “Sülh Sammiti”nə dəvət olunub - Donald Tramp da gəlir
Türkiyədə zəlzələ olub - 4,1 bal gücündə
DÇ-2026: Türkiyə -Bolqarıstan oyununda 7 qol var (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Başdaşındakı təbəssüm: Səbuhinin qəlibsiz 55 ili
KTN-də broyler sahibləri ilə görüş olub - Sahibkarlar gömrük, FHN və icra başçılarından şikayətləniblər - ÇIXIŞLAR (FOTO)
Kərim Vəliyev Türkiyədə - General Yaşar Gülərlə birlikdə təlimi izləyib (VİDEO, Yenilənib)
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan komandoları birgə təlimə hazırlaşır - AÇIQLAMA
İcra başçısının keçmiş müavini həbsdə qaldı - Hakim "yox" dedi
Elvin Bədəlov Mbappeyə nə deyib? - "Dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də" - VİDEO
Hacı Şahin Həsənlinin qızının toyu olub - VİDEO
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
Rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
Narkotiki evakuatorla daşımaq istəyənlər saxlanılıb - FOTO
İlham Əliyev Sevil Əliyevanı təltif etdi - SƏRƏNCAM
"Premium Clinic"də əməliyyat olunan qadın ölüb
General-mayor Rasim Əliyev vəfat edib - Qəfildən
Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı - 66 dollara endi
Bakıda palçıq vulkanı püskürüb