Məzuniyyətə çıxan deputatlara nə qədər pul veriləcək?

img

13-07-2017 [12:18]


Azərbaycan Milli Məclisi iyulun 15-dən yay tətilinə çıxır.

Parlamentin məzuniyyəti avqustun 30-da başa çatır.

Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.

Builki məzuniyyət müddətində sədrdən sıravi deputata qədər hər kəsə iki aylıq vəzifə maaşı miqdarında vəsait veriləcək.

Hazırda Milli Məclisin sədri 2250 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar. Eyni zamanda onlara maaşlarından əlavə, maaşlarının 25 faizi qədər vergi tutulmayan vəsait ödənilir.

Qeyd edək ki, "Deputatın statusu haqqında” qanuna görə, vitse-spikerlərin, komitə sədrlərinin (müavinlərinin) və deputatların maaşları spikerin maaşına əsasən hesablanır.

Parlamentin payız sessiyası sentyabrın 30-da başlayacaq.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA