Erməni əsgərindən Azərbaycan əsgərinə məktub - Mətn

img

13-07-2017 [10:51]


Epress nəşri erməni ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu dostuna - Azərbaycan əsgərinə ünvanlanmış məktubunu dərc edib.

Mia.az virtualaz.org-a istinadən həmin məktubu təqdim edir:

"Məni orduya çağırdılar və iki il məndə nifrət oyadan yerdə olacağam. Biz ölkələrimizin münaqişəsi haqqında çox danışırdıq və səndə bütün bunlara mənim baxışlarım haqda ümumi fikir var. Beləliklə, sənə yazıram ki, xatırlayasan. Bir çox millətçilərin, nasistlərin, psevdopatriotların və başqalarının içərisində, həmçinin mən də xidmət edirəm. Və sən erməni milləti (dolaşıq yazılıb-red.) və erməni ordusu haqqında nə eşitsən də, bil ki, mən də oradayam. Böyük nifrətlə və seçim haqqı əlindən alınmış vəziyyətdə”.

Hərbçinin qeyd etdiyi kimi, ona təskinlik verən yeganə məqam odur ki, iki ildən sonra azad olacaq və onda üzərində "boynuna dolanmış heç bir borc” qalmayacaq.

"Uğurlar sənə, qardaş və bil - bizim kimiləri az deyil!" – deyə erməni əsgəri azərbaycanlıya yazdığı müraciətini tamamlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA