Maşallah Əhmədovun işi üzrə ekspertiza başa çatıb - Məhkəmə prosesi

img

12-07-2017 [16:25]


Dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun satdığı tikinti materiallarının qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza başa çatıb.

Bu barədə Trend-ə M.Əhmədovun vəkili Əli Hüseynov məlumat verib.

Vəkil bildirib ki, artıq əmtəəşünaslıq ekspertizası daşları ekspertizadan keçirib: "Yaxın günlərdə ekspertizanın rəyi məhkəməyə təqdim ediləcək və prosesin vaxtı müəyyənləşəcək".

Qeyd edək ki, bir müddət əvvəl M.Əhmədovun İrandan gətirdiyi tikinti materialları ilə bağlı materialların satıldığı "Sahil MTK" şirkətinin inşa etdiyi binaya baxış keçirilmiş, həmin daşların qiymətinin müəyyən edilməsi üçün daş nümunələri ekspertizaya göndərilmişdi.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA