Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası - FOTO

img

12-07-2017 [10:22]


İyulun 11-də Niderland Krallığında yaşayan azərbaycanlılar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndində törətdikləri təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

Mia.az-ın məlumatına görə, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında keçirilən aksiyada diaspor təşkilatlarının nümayəndələri, Niderlandda yaşayan soydaşlarımız iştirak ediblər. 

Etiraz aksiyasında "Sarkisyan uşaq qatilidir", "Terrora, təcavüzə dur deyirik", "Uşaq ölümlərinə son", "Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir" kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları dünya birliyini Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin həyatını itirməsi ilə nəticələnən təxribatlarına münasibət bildirməyə çağırıblar.

Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası - FOTO
Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası - FOTO


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA