Bahar Muradova: "Azərbaycan Ermənistanın cəbhə xəttindəki təxribatları ilə bağlı ATƏT PA-nın sədrinə müraciət edib"

img

11-07-2017 [16:55]


Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova Füzulidə ermənilərin törətdiyi son təxribatla əlaqədar ATƏT PA-nın sədri Kristina Muttonenə müraciət ünvanlayıb. 

"Report"un məlumatına görə, B.Muradova deyib ki, məktuba müvafiq sənədlər və şəkillər də əlavə olunub. 
O deyib ki, müraciətdə ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsini daim diqqətdə saxlaması və öz nümayəndəsi vasitəsilə bu məsələnin daha ciddi dəyərləndirilməsi, belə təxribatların baş verməməsi üçün addımlar atmasınını təmin etməsi istənilib. 

B.Muradova əlavə edib ki, bütün ölkələrin parlament dostluq qruplarına belə müraciətlər təqdim edilib və məlumatlandırma davam edir: "Mülki şəxslərə qarşı yönəlmiş belə qəsdlər, təxribatlar nəinki pislənməlidir, eyni zamanda belə halların aradan qaldırılması və Ermənistan qoşunlarının təmas xəttindəki təxribatlara son qoyulması və məsələnin həlli ilə bağlı aidiyyatı qurumların addımlar atması təmin edilməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA