Yanğında ölən uşaq məşhur iş adamının oğlu imiş - Video

img

11-07-2017 [16:15]


İyulun 9-da Cəlilabad rayonunda fərdi yaşayış evinin yanması nəticəsində tüstüdən boğularaq ölən 7 yaşlı Hüseyn Əliyev məşhur iş adamının oğlu imiş.

Vəfat edən H.Əliyevin atası Əliyar Əliyev "Woodpecker” mebel fabrikinin sahibidir. Onun 2 qızı və 1 oğlu olub. Hüseyn isə evin ən kiçik uşağı olub.

Qeyd edək ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb

"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA