Rusiya və Ermənistan sərhədçiləri Qarabağda təlim keçirdi - QALMAQAL

img

10-07-2017 [15:59]


Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçiriib.

Təlimlərdə İran-Ermənistan sərhəddini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisindək keçirildiyi açıqlanıb.

"İran-Ermənistan sərhəddini keçən 2 şərqi sərhəd pozucusu Ermənistanla "Dağlıq Qarabağ Respublikası”nın inzibati sərhəddini aşaraq dağlıq ərazidə gizlənməyə cəhd edib. Pozuculardan biri dağlıq ərazidə, digəri isə dron vasitəsilə yaxalanıb" – deyə rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya 1992-ci il 30 sentyabr razılaşmasına uyğun olaraq Ermənistan-İran və Ermənistan –Türkiyə sərhədlərini qoruyur.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA