Deputat iclaslara niyə qatılmayıb? - Sentyabrda araşdırılacaq

img

10-07-2017 [15:44]


85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputatı Elxan Süleymanov son zamanlar nə komitə, nə də plenar iclaslarına qatılır.

Modern.az saytı məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyevin fikirlərini öyrənib.

Parlamentin və deputatların intizam məsələlərinə cavabdeh olan komissiyanın sədri Ağacan Əbiyev açıqlamasında bildirib ki, Elxan Süleymanovun iclaslara qatılmamağı ilə bağlı onda heç bir məlumat yoxdur.

"Mən hardan bilim ki, Elxan Süleymanov iclaslara qatılmır? Ola bilsin ki, o ezamiyyətlərdə olduğundan iclaslara qatılmayıb. Mən indi bu haqda heç nə deyə bilmərəm. Elxan Süleymanovun niyə iclaslara qatmamağı ilə bağlı məsələyə sentyabrda baxılacaq. Elxan müəllim sentyabrda parlamentə gələr, onda soruşarıq ki, iclaslara niyə qatılmayıb". 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA