“Folklorçular” Bolnisidə Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrini təbliğ edib - FOTO

img

09-07-2017 [21:17]


"Folklorçular” İctimai Birliyi (İB) Gürcüstanın Bolnisi şəhərində "Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” mövzusunda tədbir həyata keçirib.

Birlikdən Mia.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

Bolnisi şəhərində keçirilən görüşün əsas məqsədi Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, ölkələrimizin mədəniyyət nümunələrinin xalqlarımız arasında tanıdılmasına, onların qorunması və təbliğinə yardım etmək olub.

 Tədbirdə "Folklorçular” İB-nin eksperti Vafa Saleh, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun əməkdaşları Əli Şamilov və Sönməz Abbaslı da iştirak ediblər.

Nə üçün Bolnisi? Çünki bu rayon Gürcüstanın çox millətli rayonlarından biridir. Bundan əlavə bu regionda yerləşən Azərbaycan məktəblərindən birində Azərbaycan folklorunun təbliği ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi də məqsədlərimizdən biri idi.

Azərbaycan nümayəndə heyətinin üzvləri görüşdən bir gün öncə Bolnisi rayon İcra başçısı David Şerazaşvili və onun müavini Longinoz Həsənovla görüşmüşdür. Görüşdə xalqlarımız  arasındakı mədəni əlaqələr və onların davamlı inkişafı haqqında məsələlər müzakirə edilmişdir.

Bundan sonra nümayəndələr Borçalının Kəpənəkçi kənd ictimai orta məktəbində olmuşlar. Burada müəllim kollektivi ilə görüşən qonaqlar müəllimlərə Azərbaycan folklor nümunələri haqqında geniş məlumat vermiş, Azərbaycan şifahi xalq ədəbiyyatının, Azərbaycan dilinin tədrisi zamanı hansı məsələlərə diqqət yetirilməsi ilə bağlı məsləhət və tövsiyələrini vermişlər. Bundan əlavə məktəbə AMEA Folklor İnstitutunda nəşr edilən şifahi xalq ədəbiyyatı nüminələrinə dair 20-yə yaxın kitab və Azərbaycan xalq mahnıları, aşıq havaları, muğam və təsniflərdən ibarət audio disk, "Folklorçular” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırladığı (Koroğlu dastanından 1 qolun, "Dədə Qorqud” dastanından 1 boyun səsləndirildiyi) bir audio disk də təqdim edilmişdir.

İyul ayının 5-də isə Bolnisi Mədəniyyət Evində azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” mövzusunda tədbir həyata keçirdi. Tədbirdə Bolnisi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Longinoz Həsənov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, Ukrayna Gürcüstan Universitetinin professoru, görkəmli tədqiqatçı-alim Mahmud Kamaloğlu, Bolnisinin Mədəniyyət, Təhsil  İdarəsinin rəhbərləri, QHT, KİV nümayəndələri və başqaları iştirak edirdi.

Tədbirdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olmuş Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılmasına həsr olunmuş film nünayiş olundu. 

Qeyd edək ki, film"Folklorçular” İctimai Birliyi tərəfindən QHT Şurasının Dəstəyi iləhazırlanmışdır. 

"Folklorçular” İB-nin eksperti Vəfa Saleh layihə haqqında geniş məlumat verdikdən sonra film nümayiş etdirildi. Videofilmdə tamaşaçılara Azərbaycan xalçaları, aşıq sənəti, muğam, Novruz bayramı, tar və onun ifaçılıq sənəti, kəlağayı, Lahıc misgərlik sənəti, çovqan oyunu və s. barədə ətraflı məlumat verilir.

Hər qısa filmdən sonra qonaqlara hər bir nümunə haqqında gürcü dilində qısa məlumat verildi. 

Ayrıca Azərbaycan aşıq sənəti ilə bağlı AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d., dosent Sönməz Abbaslı, Novruz bayramı, Azərbaycan kələğayısı ilə bağlı AMEA Folklor İnstitutunun xarici əlaqələr bölməsinin müdiri, tədqiqatçı-alim Əli Şamil geniş məlumat verdi.

Tədbirin sonunda çıxış edənBolnisi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Longinoz Həsənov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, Bolnisi şəhərində fəaliyyət göstərə QHT rəhbəri İrma Zurabaşvili ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışaraq, buəlaqələrin davamlılığının, mütəmadiliyinin, qarşılıqlığının vacibliyindən danışdılar.Sonda isə tədbir gənc Borçalılı bir aşığın ifası yekunlaşdı.
Təşkilatın sonrakı tədbirlərinin Avropada və Şərq ölkələrində keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, Azərbaycanın iki maddi irs nümunəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir: "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” və "Qobustan Qaya Sənəti Mədəni Landşaftı".


Digər xəbərlər
SON XƏBƏRLƏR