Bizim Xarici İşlər Nazirliyinin isə “ağzı pendir kəsmir” - İttiham

img

07-07-2017 [14:52]


"Rusiya XİN-i Dağlıq Qarabağ ətrafında gedən oyunlara və erməni quldurlarının Füzulidə körpələrin, qadınların öldürülməsinə reaksiya vermək əvəzinə iki dənə dığanın Bakıya gəlib-getməməsindən narahat olduğunu bəyan edir”.

Bunu versus.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiya diplomatı Mariya Zaxarovanın erməni əsilli vətəndaşlara qarşı Bakıda diskriminasiyanın dayandırılması ilə bağlı tələbinə cavab olaraq bildirib.

MMP sədri hesab edir ki, bu kimi bəyanatların arxasında MƏKİRLİ siyasət var. Bu da Rusiyanın Azərbaycanı özünün vassal dövlətinə çevirmək istəyi ilə bağlıdır:

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməməklə yanaşı, Azərbaycanı özünün əlaltısına çevirmək istəyir. Üstəlik bu gün istənilən millət rahat şəkildə Azərbaycana gəlib-gedə bilir. Amma gəlin baxaq görək, bir dənə azərbaycanlı Ermənistana gedə bilərmi, qətiyyən”.

Partiya sədri Azərbaycan ictimaiyyətini və XİN-ni işğalçıya qarşı daha tutarlı cavablar verməyə çağırıb:

"Xaricilər bizim yumşaq siyasəti görüb istədikəri kimi danışırlar. Üstəlik də erməniləri rus, ingilis adı ilə ölkəmizə doldururlar. Hətta erməni xarici kəşfiyyatını jurnalist adı ilə gətirib bura media qurumlarına yerləşdirib ona ev də veririlər. Biz də ağzımıza su alıb durmuşuq. Dağlıq Qarabağ 26 ildir Ermənilərin əlindədir, nə iş görülüb. İndiyə qədər bir dənə də rayonumuz geri alınmayıb. Bizim Xarici İşlər Nazirliyinin isə "ağzı pendir kəsmir”. Bir prezidentdir, o da təkbaşına qalıb. Nə müxalifətimiz müxalifətdir, nə iqtidarın içində elə cəsarətli adamımız yoxdur ki, çıxsın qabağa”.

MMP sədri bəyan edib ki, Azərbaycan heç vaxt Rusiyanın müstəmləkəsi altına keçə bilməz:

"Millətimiz ayıq-sayıq olmalıdır. Ölkə prezidentinin ətrafında birləşib, bu problemlərdən xilas olmalıyıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA