"İnsanların ölümü, əzab-əziyyəti çox faciəvidir" - ABŞ səfriliyindən daha bir bəyanat

img

07-07-2017 [13:45]


ABŞ səfirliyi iyulun 4-də Alxanlıda baş vermiş faciəli hadisə ilə bağlı daha bir bəyanat yayıb.

Bəyanat səfirliyin rəsmi Feysbuk səhifəsində yer alıb.

"Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, həmçinin Sərvinaz Quliyevanın yaralanması, onillərlə davam edən münaqişənin törətdiyi insanların ölümü, əzab-əziyyəti kimi çox faciəvidir. 4 iyulda baş verən dəhşətli hadisələr, tərəflərin bir araya gələrək münaqişənin sülh yolu və danışıqlar vasitəsi ilə həll etməli olduğunu nümayiş etdirir. Münaqişənin hərbi yolla həlli yoxdur – irəliyə aparan yeganə yol danışıqlar vasitəsilə həllə nail olmaqdır”, - bəyanatda bildirir.

Qeyd edək ki, bundan öncə ABŞ-ın ölkəmizdəki səfirliyinin hərbi attaşesi Ceyms Tomson da analoji bəyanatla çıxış etmişdi.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA