"İki yaşlı Zəhranın qətli ermənilərin həyata keçirdikləri soyqırımın davamıdır" - Samir Adıgözəlli

img

06-07-2017 [16:11]


"İki yaşlı Zəhranın qətlə yetirilməsi ermənilərin millətimizə qarşı yüz ildən artıqdır həyata keçirdikləri soyqırımın davamıdır".

Bu sözləri Boyukmillet.com-a açıqlamasında Beynəlxalq Diaspor Mərkəzi sədrinin birinci müavini, DAK icra aparatının rəhbəri Samir Adıgözəlli bildirib. 

Onun sözlərinə görə, bütün dünya bu hadisəni bu cür bilməlidir:

"Amma təəssüflər olsun ki, yenə də beynəlxalq təşkilatlar prinsipsizlik göstərməkdədir. Harada qaldı Qərbin ədaləti?

Erməni vəhşiliyi, vandalizmi göz önündədir. Lakin ATƏT, Avropa parlamenti və diqərləri atəşkəsi pozmamağa çağırış edirlər. Hesab edirəm ki, Azərbaycan artıq bu çağırışlara məhəl qoymuyaraq, işğal altında olan ərazilərini azad etmək üçün əməliyyatlara başlamalıdır. Eyni zamanda ATƏT-in Minsk qrupunun missiyasından təcili imtina edilməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA