Deputatın yaxın qohumları qəzaya düşdü - 3 nəfər öldü, 1-i ağır yaralandı

img

06-07-2017 [13:24]


Bakı- Ələt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslər Milli Məclis üzvünün qohumlarıdır.
 
Mia.az APA-ya istinadən xəbər verir ki, həmin yol-nəqliyyat qəzasında ölən Rövşən və Üzeyir Hacızadələr deputat Şəmsəddin Hacıyevin qardaşının nəvələridir.
 
Qeyd edək ki, iyulun 5-də saat 23:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Hacızadə idarə etdiyi "Daewoo" markalı avtomobili yolun kənarında dayanmış "Shacman" markalı yük avtomobilinə vurub. Nəticədə R. Hacızadə və sərnişinləri - qardaşı Üzeyir, paytaxt sakini Həsən Həsənov ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib. 
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA