"Heç bir nəticəyə nail olmayıblar..." - Azay Quliyev ATƏT PA-nın sessiyasında həmsədrləri tənqid etdi

img

05-07-2017 [18:01]


ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk Qrupunun həmsədrlərini tənqid edib. 

Azay Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, onlar dəvəti qəbul etməyiblər: 

”Onlar indiyədək danışıqlarda heç bir nəticəyə nail olmayıblar. Düşünürəm ki, Minsk Qrupu həmsədrləri ATƏT digər institutları ilə əməkdaşlıq etməlidirlər. Seçicilərimiz deputat olaraq bizdən hər zaman bu məsələdə inkişafın olub-olmadığı və Minsk Qqrupunun həmsədrlərinin məsələyə yanaşması barədə soruşurlar. Yenə də təklif edirəm ki, Minsk Qrupu həmsədrləri illik sessiyalarda iştirak etməyə dəvət edilsinlər”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA