"Gedişat torpaqların müharibə gücünə azad olunmalı olduğunu göstərir” - Deputat Vahid Əhmədov

img

05-07-2017 [17:15]


Ermənilərin təxribatı nəticəsində qətlə yetirilən Fizuli rayonunun Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyənatı Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. 

Çünki həmsədrlər "Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejimini pozmağı dayandırmağa çağırırıq” bəyanatı ilə vəzifə səlahiyyətlərini bitmiş hesab ediblər. 

Millət vəkili Vahid Əhmədov da bu bəyanatla bağlı hiddətini gizlətməyib:

"Füzulinin Alxanlı kəndində iki dinc sakinin ölümü, birinin isə ağır yaralanması ağır hadisədir. Bu, erməni vandalizminin növbəti nümunəsidir. Amma yeni Zəhralarımız ölməsin, analar gözü yaşlı qalmasın deyə, bu vandallığa son qoyulmalıdır. ATƏT-in Minsk qrupu isə bu vəhşiliyin qabağında həmişəki heç bir işə yaramayan bəyanat yayıb. Onlar tərəfləri danışıqlar masasına oturmağa çağırır. Mən hesab edirəm ki, ATƏT-in Minsk qrupunun dinc vətəndaşların ölümü ilə bağlı açıqlaması əslində onların ikili siyasətinin bəyanatıdır. Dinc əhaliyə qarşı edilən bu vəhşilik qətiyyətlə pislənilməli, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Beynəlxalq aləm məsələyə göz yummamalıdır. Mən ümumiyyətlə, ATƏT-in Minsk qrupunun bəyanatını qəbul etmirəm”. 

V.Əhmədov bildirib ki, Azərbaycan ordusu ötən ilin "Aprel döyüşləri”ndə hansı gücə qadir olduğunu göstərib: 

"Ordumuz düşmənin hücumlarını almağa qadirdir. Hesab edirəm ki, həmsədrlər gələcəkdə də belə münasibət sərgiləyəcəklərsə, ordu öz sözünü deməli, problemin həllini xalqla birlikdə öz üzərinə götürməlidir. Çünki gedişat torpaqların müharibə gücünə azad olunmalı olduğunu göstərir”.

"Olaylar" İA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA