MTN işi üzrə şahidlər məcburi gətiriləcək – Çovdarovun məhkəməsi

img

05-07-2017 [15:18]


Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Həbin Həsənovun sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan, general Sübahir Qurbanov və digərlərinin cinayət işində təqsirləndirilən MTN zabiti Fərhad Atayev ifadə verib. 

O, MTN-də işlədiyi üçün Akif Çovdarov və digərlərinin adını bildiyini, lakin münasibəti olmadığını və onları tanımadığını deyib.

Digər şahidlər prosesə gəlmədiyi üçün məhkəmə onların barəsində məcburi gətirilmə qərarı qəbul edib.

Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA