Erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana daxil olması... - XİN Rusiyaya cavab verdi

img

05-07-2017 [14:30]


Rəsmi Bakı erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana daxil olması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar mövqeyini Rusiya tərəfinə bildirib.

Bunu jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, tərəflər arasında vizasız rejim haqqında saziş imzalanıb və bu sazişdə qeyd olunub ki, Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib və orada etnik təmizlik aparılıb.

H.Hacıyev bildirib ki, bəzi şəxslər etnik zəmində təhrikedici fəaliyyət göstərir və bununla əlaqədar Azərbaycan ölkəyə daxilolmalara müəyyən məhdudiyyətlər tətbiq edib:

"Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bu cür məhdudiyyətlər aradan qaldırılacaq və vətəndaşlar sərbəst hərəkət edə biləcəklər”.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA