Məmmədyarov Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışıb

img

05-07-2017 [14:00]


"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanındanışıqlarda iştirakı imitasiya xarakteri daşımır. "Mövqeyimiz qəti xarakter daşıyır.Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, - deyə H. Hacıyev vurğulayıb.

H. Hacıyev onu da əlavə edib ki, Azərbaycan XİN rəhbəri məsələ ilə bağlıATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri ilə danışıb, amerikalı həmsədrlə isə texniki məsələ səbəbindən danışa bilməyib.




Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA