Erməni vəhşətinin qurbanı olan 2 yaşlı uşaqla nənəsinin məsələsi ATƏT PA-da qaldırıldı - Azay Quliyev + VİDEO

img

05-07-2017 [13:18]


ATƏT PA-nın sədr müavini Azay Guliyev hazırda qurumun Minskdəki 26-cı illik Sessiyasında çıxış edərək 4 iyul 2017-ci ildə Ermənistan ordusunun atəşi nəticəsində Azərbaycanın mülki vətəndaşları iki yaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi hadisəsini sərt şəkildə pisləyib.

Bu barədə Mia.az-a QHT-lərə Dövlət Dəstəyi Fondunun mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib.

Qeyd edək ki, bu dəqiqələrdə sessiya davam edir.  

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.



Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA