7 saylı doğum evində ana ölümü - Nazirlik xəbər yaydı

img

05-07-2017 [12:32]


Səhiyyə Nazirliyi Bakıdakı 7 saylı doğum evində baş verən ana ölümü ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, iyulun 4-də Türanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə 7 saylı Doğum evinə daxil olmuşdur. Həmin gün 12:30 Qeysəriyyə kəsiyi ilə əməliyyat aparılmış 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olmuşdur. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlamışdı. Bütün lazımi reanimasiyon tədbirlər görülmüşdür. Görülən tədbirlərə baxmayaraq zahılıq dövrünün birinci sutkasında T.Məmmədovada bioloji ölüm baş vermişdir.

Meyitin potoloji anatomik müayinəsi təşkil edilib. Hazırda SN Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA