Qonaq getdiyi ev sahibini öldürmək istədi, ancaq... - Bakıda ilginc olay

img

05-07-2017 [12:22]


İyulun 5-də saat 3 radələrində Xətai rayonu ərazisində yaşayan Elçin Əliyevin mənzilinə gələn qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsəd Abdullayev münaqişə zəminində ev sahibinə bıçaqla xəsarət yetirib. 

Mia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, E.Əliyev bıçağı Ə.Abdullayevdən alıb sonuncuya qarın nahiyəsindən xəsarət yetirib.

E.Əliyev Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Ə.Abdullayev xəstəxanaya yerləşdirilib. 

Araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA