Avropa Parlamentində gərginlik - Prezidentə "boşboğaz" deyildi

img

04-07-2017 [17:24]


Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə Avropa Parlamentinin prezidenti  Antonio Tacani arasında mübahisə yaşanıb.

"Associated Press” agentliyi xəbər verir ki, parlamentin iclasına 700 deputatdan 100-ü qatılmayıb.

Yunker deputatların iclasa münasibətini qeyri-ciddi adlandırıb. Tacani  isə Yunkeri deputatlara daha hörmətlə yanaşmağa çağırıb və Avropa Komissiyasının Avropa Parlamentinə deyil, Avropa Parlamentinin Avropa Komissiyasına nəzarət etməli olduğunu bildirib.

Öz növbəsində Yunker Tacanini "boşboğaz” adlandıraraq deyib ki, Avropa Parlamentinin bir neçə üzvü komissiyaya nəzarət edir/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA