"Hacıbala Abutalıbov təcili vəzifəsindən azad olunmalıdır" - Tələb

img

04-07-2017 [17:19]


"Mən kimlərsə haqda nəsə deyəndə dövlətçiliyimiz haqda düşünüb sonra danışıram."

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, onun son bir neçə gündə icra başçıları barədə verdiyi açıqlamalar əbəs deyildi:

"Mən son bir həftə ərzində icra başçılarının özbaşınalığı haqda mətbuata 2-3 geniş açıqlama verdim, gördüyünüz kimi qardaşım İlham Əliyev özbaşınalıq edən icra başçılarından birini artıq vəzifəsindən azad etdi. Göründüyü kimi açıqlamalarım əbəs deyildi. Məmur var vətəndaşı incidir, intihara sürükləyir, məmur var vətəndaşın suyunu kəsir. Bu məmurların vətəndaşlardan oğurladığı pullar bunların əlindən alınmalıdır. Mən yenə təkrar edirəm, əksər icra başçıları öz yerində deyil, 15-20 il vəzifə başında olan icra başçıları var. Bunlar artıq kök salıblar. Bundan əlavə bir çox məmurlar bu dəqiqə Avropa və Rusiyadan təlimat gözləyir. Mən sizi tam əmin edirəm ki, Yasamalın icra başçısı xaricdən aldığı təlimatla bu addımı atıb. Mən adamlar tanıyıram ki, bunlar Heydər Əliyevin əleyhinə danışıblar. İndi vəzifədə ola-ola yenə də öz əməllərindən qalmırlar. Bu şəxslərin adını hələ ki, çəkmək istəmirəm. Onların adını çəksəm ya ölkədən qaçacaqlar, ya da var dövlətlərini çıxaracaqlar Azərbaycandan. Məndə olan məlumata görə, ölkədə yaxın zamanlarda bir neçə məmur işindən azad olunacaq. Biz Müasir Müsavat Partiyası olaraq qardaşım İlham Əliyev tam dəstək verəcəyik. Bakını ələk-vələk edən Hacıbala Abutalıbov təcili vəzifəsindən azad olunmalıdır. Onun oğlu vəhabilərlə əlbir olub Azərbaycanın pulunu onlara yedizdirir. Azərbaycandan oğurlanan pullarla bağlı fond yaranmalıdır. Oğru məmurların xalqdan oğurladığı pullar bu fonda yığmalı, əhalinin aztəminatlı hissəsinə, Qarabağ qazilərinə, şəhid ailələrinə verilməlidir. Bu gün kim deyirsə hər şey əladır bu yalandı. Xəyanətkarların apardığı sistemli işin nəticəsində ölkənin durumu bərbad günə düşüb. Ölkənin gələcəyini düşünən şəxslər bu gün Hafiz Hacıyevin və İlham Əliyevin yanında olmalıdır."


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA