“Azərişıq”ın idarə rəisini kabinetdə döydülər

img

03-07-2017 [23:50]


Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb. 

Mia.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən "Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb.

Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib.
Münaqişənin hansı səbəbədən baş verdiyi hələ ki, məlum deyil.
Artıq bu barədə polis şöbəsinə də məlumat verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA