3 uşaq anası başqa kişiylə qaçdı - Nənə nəvələrini küçəyə atdı

img

03-07-2017 [15:11]


Bakıda 3 uşaq anası ailəsini ataraq başqa kişiyə qoşulub qaçıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, Xəyalə Kərimova iyulun 1-də ailəsindən ayrılıb. Gəlin qaçdıqdan sonra uşaqların nənəsi nəvələrini küçəyə atıb.

Uşaqlar Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər.

Ən maraqlısı isə odur ki, uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub.

Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə, uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017 ci ildən borclu kimi axtarışdadır.

Koordinatorun sözlərinə görə, həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı, uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.

BakuPost


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA