"Ədalətsizliyə qarşı açıq şəkildə mübarizə aparırıq" - Sədr müavinindən açıqlama

img

03-07-2017 [14:18]


"Bu gün Müasir Müsavat Partiyası gündəmi zəbt edib. MMP liderinin bir müsahibəsi 100 minlərlə insan tərəfindən oxunur. Bu, siyasi arenada nüfuzumuzun getdikcə gücləndiyini göstərir”.

Bunu versus.az-a MMP-nin ideoloji və mətbuat məsələləri üzrə sədr müavini Könül Vaqifqızı bildirib. O, partiyanın müasir təşkilatlanma prosesində rolu ilə bağlı açıqlama verərkən bildirib ki, MMP yeganə siyasi təşkilatdır ki, H.Hacıyev başda olmaqla ədalətsizliyə qarşı açıq şəkildə mübarizə aparır, korrupsioner məmurların xalqı taladığını çəkinmədən bəyan edir:

"Son 6 ayda Hafiz Hacıyevin siyasi kursunu izləyib, partiya sıralarımıza daxil olanlar çoxalıb. Partiyaya üzv olmaq üçün YAP, AXCP və Milli Şuradan da müraciət edənlər var. Partiyamız Prezident İlham Əliyev siyasi kursunu dəstəkləyir və ona xəyanət edənləri ifşa edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA