"Əxlaqı olan başqasının yatağından danışmaz" - Müğənni Nuradan etiraz

img

03-07-2017 [14:14]


"Həmişə qeybət, pozğunluq edən, ara vuran şəxslər öz etdiklərini başqalarının adına bağlayırlar”.

Bu sözləri müğənni Nura Suri "facebook”da yazıb. İfaçı sosial şəbəkədə insanları müzakirə edən şəxsləri tənqid edib:

"Demək istədiklərini başqasının adından söyləyir ki, "filankəs sənin üçün belə dedi”. İnsan həyatı, insanları necə görür, elə də təqdim edir. Bir insanı tanımaq üçün onu əsəbləşdirmək yetərlidir.

O, nəzarətdən çıxır və maskası düşür. Kimin içində nədirsə, dilində odur. Əxlaqı olan başqasının yatağından danışmaz. Dənizdə boğulub dünyasını dəyişən qızdan yazılan status və şərhləri oxuyandan sonra insanlığlığa nifrət etmənin bir addımlığındayam”.


Digər xəbərlər
SON XƏBƏRLƏR