Qohumlar arasında kütləvi dava - Qayınata və kürəkən ağır yaralandı

img

03-07-2017 [12:07]


Goranboy rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

Mia.az-ın "Report"a istinadən məlumatına görə, kütləvi dava Alacalı kəndində qohumlar arasında baş verib. Hadisə zamanı xəsarət alanlar qayınata və kürəkən olub. Belə ki, davadan sonra qarşı tərəf maşını onların üstünə sürüb. Eyni zamanda, qarşı tərəfdən iki nəfər üz və baş nahiyələrindən xəsarət alıblar. Onlar ambulator müayinədən sonra evə buraxılıblar.

Mübahisə zəminində baş vermiş əlbəyaxa dava zamanı Tərtər rayon sakini, 1990-cı il təvəllüdlü Teyyub Fərrux oğlu Quliyev və Goranboy sakini, 1977-ci il təvəllüdlü Mirzəyev Ağa Ziyad oğlu müxtəlif bədən xəsarətləri alıb. Onların hər ikisi Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA