Həkimi toyda döydülər

img

03-07-2017 [10:26]


Lənkəranda Təcili Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkərandakı şadlıq saraylarının birində qeydə alınıb.

Toyda qonaq qismində iştirak edən bir qadının qəfildən halı pisləşib. Ona yardım etmək üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq Xeyransa adlı qadının həyatını xilas etmək mümkün olmayıb. Bundan qəzəblənən mərhumun yaxınları hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Vüsal Həsənovu döyüb, "təcili yardım” maşınına isə qismən ziyan vurublar.

Məlumata görə, həyatını itirən qadın ürək çatışmazlığından əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA