Hakim partiyanın nümayəndəsi güllələndi - Evinin qabağında

img

01-07-2017 [09:39]


Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yerli rəhbərinin müavini Orxan Mercan yaşadığı evin qarşısında güllələnib.

Xəstəxanaya çatdırılan O.Mercanın həyatını xilas etmək mümkün olmayıb.

Hücumun PKK tərəfindən törədildiyi ehtimal olunur. İnsidentin ardından hadisə yerinə çox sayda polis cəlb edilib. Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır. Məlumata görə, dörd uşaq atası O.Mercan partiyadakı vəzifəsindən ayrılması üçün uzun müddət PKK tərəfindən təhdid edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA