Lapşinin məhkəməsi başladı - Özünü təqsirli bilmir

img

30-06-2017 [16:06]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusda həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alenksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lakim Əlövsət Abbasovun icraatında olan prosesdə ilkin baxış iclası baş tutub. İclasda məhkəmə istintaqı başlayıb və dövlət ittihamçısı ittiham aktını elan edib. A.Lapşin özünü təqsirli bilmədiyini deyib.

Lapşin sərbəst ifadə verməkdən imtina edərək suallara cavab verəcəyini bildirib. Bu zaman isə Qarabağa, yəni işğal altında olan ərazilərə iki dəfə getdiyini etiraf edib.

Məhkəmə prosesi iyulun 3-də davam etidiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA