Bakıda yanğın - 12 nəfər təxliyə olundu, 3 nəfər zəhərləndi

img

30-06-2017 [15:26]


Bakıda çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 m2 olan 4 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 10 m2 sahədə, 2 otağın plastik pəncərə və qapıları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 12 nəfər isə təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA