29-06-2017 [18:43]
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
S. Qurbanovun vəkili İlkin Mustafanın verdiyi məlumata görə, iclasda şahid qismində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq baş direktoru Beytulla Hüseynov ifadə verib.
B. Hüseynov zərərçəkmiş Ağaisa Mahmudovun onunla bağlı verdiyi ifadəni təkzib edib. Bildirib ki, A. Mahmudovun barəsində danışdığı ev ona yox, bacısına məxsus olub.
Proses iyulun 4-də davam edəcək.
İş adamı Mahmudov Ağaisa Əflatun oğlu istintaq zamanı ifadəsində göstərib ki, 2002-ci ildən etibarən sahibkarlıq fəaliyyəti ilə əlaqədar "Bank of Azerbaijan” ASC-nin müştərisi olub: "Həmin bankın 1 saylı filialının müdiri Ələddin İbrahimovla münasibətlərim yarandı, təxminən 2012-ci ilin əvvəllərində Ələddin İbrahimov mənə zəng vuraraq bir nəfər müştərinin Bakı şəhəri, C.Hacıbəyli küçəsində yerləşən həyət evini banka girov qoyaraq kredit götürdüyünü, hazırda kreditlərini ödəyə bilmədiyi üçün evini satmaq istədiyini bildirdi. Həmin evə baxıb bəyəndim. Vaqif adlı şəxslə tanış oldum, o, özünü evin sahibi kimi təqdim elədi. Bir neçə gün sonra Ələddinin iştirakı ilə Vaqiflə "Bank of Azerbaijan” ASC-nin 1 saylı filialında görüşdük, görüş zamanı Vaqif evin ona məxsus olduğunu dedi. Evi 823.000 manata satmağa dair razılığa gəldik. Mən Vaqifə 423.000 manat pul verdim və Vaqifin banka olan kredit borcunu ödədim. Bir neçə gün ərzində Vaqifə təxminən 380.000 manat pulu hissə-hissə verdim, qalan hissəni isə sonra verəcəyimi dedim, işlərimlə əlaqədar Rusiyaya getdim”.
Zərərçəkən şəxs qeyd edib ki, təxminən 2013-cü ilin payız aylarında Bayram adlı bir nəfər şəxs onun ofisinə gələrək Ceyhun Hacıbəyli küçəsi 119 ünvanında yerləşən evi kimdən və neçəyə aldığı ilə maraqlanıb:
"Mənə dedilər ki, ev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynova məxsusdur. Həmin hadisədən təxminən 1 il sonra, yəni 2014-cü ilin payız aylarında özünü MTN əməkdaşı kimi təqdim edən Rüfət adlı şəxs zəng vurub məni MTN-ə dəvət etdi. MTN-ə gedərək Rüfət adlı əməkdaşla görüşdüm. Ona Beytulla Hüseynovun Vaqif və Murad adlı şəxslərin onu aldadaraq C.Hacıbəyli küçəsində yerləşən evini satması barədə ərizə yazdığını, bu məsələnin araşdırılmasının Eldar Mahmudov tərəfindən baş idarə rəisi Sübahir Qurbanova tapşırıldığını, Sübahir Qurbanovun da məsələni Beytullanın xeyrinə həll etməyə göstəriş verdiyini bildirərək onların heç nə edə bilməyəcəklərini söylədim. Baş verənlərlə bağlı ətraflı izahat yazıb getdim. Təxminən 1 ay sonra Rüfət yenidən zəng vuraraq məni MTN-ə dəvət etdi, "Sultan” kafesində görüşüb söhbət etdik, oradan ayrılıb getdikdən bir neçə gün sonra, 2014-cü ilin sonlarında Rüfət yenidən zəng vuraraq məni nazirliyə çağırdı, nazirliyə getdikdə giriş qapısının yanında olan qəbul otağının ikinci mərtəbəsində hündür boylu, bığlı, orta bədənli, özünün deməsinə görə Zabratda yaşayan bir şəxs məni qəbul elədi. Həmin vaxt Vaqif də orada idi, orada evlə bağlı Vaqiflə mübahisə yarandı, Vaqif həmin MTN əməkdaşına məndən 423 min manat pul aldığını, həmin pulu da Beytulla Hüseynovun Mehbalı adlı qohumuna verdiyini etiraf etdi. MTN əməkdaşı baş idarə rəisinə məruzə edəcəyini bildirib nazirliyin inzibati binasına gedib təxminən 1 saat sonra qayıdaraq, mənim vicdanlı alıcı olduğumu, lakin Beytulla Hüseynovun Eldar Mahmudovla qohum olduğu üçün evin Beytullaya qaytarılması ilə bağlı Sübahir Qurbanovun təkid etdiyini bildirdi. Həmin ərəfələrdə Ələddin mənə müraciət edərək özünü sığortalamaq üçün evi bankın işçisinin adına rəsmiləşdirməyi təklif etdi, mənim razılığımdan sonra ev bankın işçisi olan İmran Abdullayevin adına rəsmiləşdirildi”.
İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.
APA
Qarsa qar yağıb - FOTO
Xocavənddə əməliyyat: odlu silah-sursat satmaq istəyən saxlanılıb
Türkiyədə türkəsilli əcnəbilərə işləmək hüququ verilib
AZAL “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib
Naftalan neftinin çıxarılması, emalı, saxlanılması qaydaları təsdiqlənib - Baş nazir qərar verdi
Azercell-in kibertəhlükəsizlik komandası “CIDC-2025 – Critical Infrastructure Defence Challenge” yarışında böyük uğur qazandı - FOTOLAR
Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
Qarabağ zonasında 1497, 5 hektar ərazi minalardan təmizlənib
HƏMAS israilli girovları buraxıb - ADLAR (VİDEO) - YENİLƏNİB
Bakıda gömrükçü öz mağazasında öldürüldü - 16 yaşlı yeniyetmə tərəfindən (Yenilənib)
Bakıda Azərbaycan, Rusiya və İran üçtərəfli görüşü keçirilir - "3+3" regional məşvərət mexanizminin aktuallığı artmaqdadır" (Yenilənib)
"Yerli futbolçu 1000 manata oynayır, əcnəbiyə 4 min dollar verirlər, Niyə?" - Məşqçi futboldakı dəllallardan danışdı (MÜSAHİBƏ)
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib - FOTO
Şair Əlisəmid Kür vəfat edib
Misir tarixi Sammitə qatılacaq liderlərin siyahısını yaydı: İlham Əliyev, Tramp, Ərdoğan, Makron...
"Vüsal 300" ev dustaqlığına buraxılıb
Sergen Yalçın "Fənərbağça"nın futbolçusuna "yox" dedi
"TamStore" marketlər şəbəkəsinin əməkdaşları qəzaya düşüb.
Meksikada təbii fəlakət: 50 nəfər ölüb, 20 nəfər itkin düşüb, minlərlə insan zərər çəkib
Ərdoğan Misirə gedir, İran, İsrailı, Qətər və... - Tarixi Sülh Sammitinə hazırlıq yekunlaşıb
ABŞ-da barda atışma olub - 4 nəfər ölüb, 20 yaralı var
"Fənərbağça"da nə baş verir? - Daha iki futbolçu heyətdən qovulub
Türkiyə millisinin qolkiperi niyə düşərgəni tərk edib? - "Xəyal qırıqlığına uğradım"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Deputatdan Prezidentin Misirə səfərinə şərh: "Bu, Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə və bütövlükdə Avrasiyada..."
İlham Əliyev onlara müraciət edib - MƏTN
"Biz öz təcrübələrimizi onlara aşılamalıyıq" - İnam Kərimov gənc hakimlər nəslinin formalaşdırılmasının önəmini qabardıb
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdə - FOTOLAR
Beynəlxalq Hakimlər Assosiasiyası üzvləri Bakıya toplandı - Azərbaycanın güc qurumlarının rəhbərləri təlimdə + FOTOLAR
TALİBAN PAKİSTANA HÜCUM EDİB: əks zərbələrlə Əfqanistan qüvvələrinə ağır zərbə vurulub - İslamabaddan ard-arda xəbərdarlıqlar
APA TV ilə "Şərurlu İsfəndiyar" arasında qalmaqal: gizli çəkiliş, reklam, şantaj və... - Şok VİDEO
Sabah yağış yağacaq
Prezident İlham Əliyev İspaniya Kralına məktub göndərib - MƏTN
Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib
Azərbaycan Misirdə keçiriləcək “Sülh Sammiti”nə dəvət olunub - Donald Tramp da gəlir
Türkiyədə zəlzələ olub - 4,1 bal gücündə
DÇ-2026: Türkiyə -Bolqarıstan oyununda 7 qol var (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Başdaşındakı təbəssüm: Səbuhinin qəlibsiz 55 ili
KTN-də broyler sahibləri ilə görüş olub - Sahibkarlar gömrük, FHN və icra başçılarından şikayətləniblər - ÇIXIŞLAR (FOTO)
Kərim Vəliyev Türkiyədə - General Yaşar Gülərlə birlikdə təlimi izləyib (VİDEO, Yenilənib)