“SOCAR Ukraine” qaz satışı üçün - Lisenziya aldı

img

29-06-2017 [14:06]


Ukraynada enerji və kommunal xidmətlər üzrə tənzimlənməni həyata keçirən Milli Komissiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Ukraine” Ticarət Evinə ölkə ərazisində təbii qazın ticarəti üçün lisenziya verib.

"Report” "OilNews”a istinadən xəbər verir ki, bu barədə qərar Komissiyanın bu gün keçirilmiş iclasında qəbul edilib.

Qeyd edək ki, iyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən, "Ukrtransgas” Milli Komissiyanın lisenziyası olmayan şirkətlərin qaz nəqli üçün ərizəsini qəbul edə bilməyəcək. Hazırda 239 şirkətin belə lisenziyası var.
Bu gün "SOCAR Ukraine” ilə yanaşı "Gastron Ukraine” şirkəti də ölkədə qaz satmağa lisenziya alıb.
Xatırladaq ki, bundan əvvəl "SOCAR Ukraine” "Ukrtransgas” şirkəti ilə 2017-ci ilin yanvarından dekabrına kimi 180 mln. kubmetr təbii qazın nəqli ilə bağlı müqavilə imzalayıb.

2016-cı il dekabrın 30-da isə "SOCAR Ukraine” 131 mln. kubmetrə qədər qazın alışı ilə bağlı "Eru Trading” şirkəti ilə saziş bağlayıb. 

SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi var.

Digər xəbərlər
SON XƏBƏRLƏR