28-06-2017 [10:52]
İyunun 27-də Gürcüstan prezidenti Giorgi Marqvelaşvili həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı və vəkilini qəbul edib.
Mia.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, görüş həbsdəki jurnalistin xanımı Leyla Mustafayevanın istəyi üzrə baş tutub.
Görüşdə Leyla Mustafayeva Giorgi Marqvelaşviliyə ona və həbsdəki həyat yoldaşına dəstək verdiyinə görə təşəkkürünü bildirib. Bununla bərabər, görüşdə Əfqan Muxtarlının müəmmalı şəkildə Tbilisidən yoxa çıxması və Azərbaycanda həbs edilməsi işində Gürcüstanın rolu, habelə jurnalistin ailəsinin aparılan araşdırma işlərindən razı qalmadığı məqamlar da müzakirə edilib.
Xatırladaq ki, Əfqan Muxtarlı bu yaxınlarda bəyanatla çıxış edərək prezidentin Gürcüstanda diktatura yaradılmasına imkan verilməyəcəyinə ümidvar olduğunu ifadə etmişdi.
Gürcüstan prezidenti G.Marqvelaşvili Ə.Muxtarlı həbs olunduğu günlərdə mətbuata açıqlamasında jurnalistlə bağlı baş verənləri ölkəsinin suverenliyi və təhlükəsizliyinə təhdid adlandırmışdı. Baş nazir və daxili işlər naziri isə bu məsələdə Gürcüstan hüquq-mühafizə orqanlarının iştirakını istisna edərək, istintaqın başa çatmasını gözləməyi məsləhət bilmişdi.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhəddə cibinə 10 min avro da qoyulub.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar isə bildirib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR