23-06-2017 [20:50]
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə komissiyası bu gün bir neçə saytla bağlı şikayəti araşdırıb.
Mətbaut Şurasından Mia.az-a verilən məlumata görə, komissiyanın sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Bakı Biznes Universiteti ilə bağlı «gundemxeber.az», «dosye.org» saytlarında yer almış yazıların müzakirəsi zamanı rəyə gəlinib ki, narazılıq doğurmuş hər iki material yanlış olduğu üçün sözügedən saytlardan çıxarılsın. İclasda iştirak edən cavabdeh tərəfin təmsilçiləri bununla razılaşıblar.
İkinci məsələ Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevin «axar.az» və «publika.az» saytlarına qarşı müraciəti olub. Bununla əlaqədar bildirilib ki, cavabdeh kimi göstərilən KİV-lər şikayətçi tərəf barədə material hazırlayarkən kifayət qədər ciddi mənbələrə istinad ediblər və mövcud xüsusda onların jurnalistlik fəaliyyətində hər hansı qərəzli məqamlar nəzərə çarpmır. Habelə komissiya bu rəydədir ki, hər bir KİV məhz yayımladığı yazıda qarşı tərəfin mövqeyini nəzərə almalıdır. Bu mənada «axar.az» və «publika.az» saytları da gələcəkdə daha həssas davranmalıdırlar.
Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbin direktor müavini Aynur Adıgözəlovanın «rubrika.az» və «gundemshok.az» saytlarına qarşı müraciətinin hər iki tərəfin iştirakı ilə keçirilmiş müzakirəsi yekununda belə rəyə gəlinib ki, məsələdə hüquqi araşdırma predmeti olan məqamlar üstünlük təşkil etdiyindən ona təkrarən qayıdılsın və araşdırılması «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına həvalə edilsin.
«Best-beff» firmasının rəhbərliyinin «qafqaznews.az», «legion.az» və «365info.az» saytlarına qarşı müraciətinin müzakirəsində bildirildi ki, hər bir KİV qarşı tərəfin əsaslandırılmış mövqeyinin dərcinə həssas yanaşmalıdır.
Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkünün jurnalist Kamil Həmidovla bağlı şikayətinin araşdırılmasının yekununda rəyə gəlindi ki, tərəflər arasındakı mübahisə məhkəmə müstəvisində araşdırılmalıdır. K.Həmidov narazılıq doğurmuş məsələ ilə əlaqədar jurnalist kimi fəaliyyət göstərdiyi KİV-lərdə vəzifəsindən sui-istifadəyə yol verməyib, şəxsi mənafeyi naminə jurnalist adından yararlanmayıb. Buna görə ona qarşı şikayətdə əsaslı dəlil yoxdur.
İclasda müzakirəyə çıxarılan növbəti məsələ Bakı şəhər sakini Anar Vəkilovun «dünyapress.com» saytına qarşı müraciəti olub. Komissiya tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, cavabdeh KİV üzərinə düşən məsuliyyəti anlamaq niyyətindən tam uzaqdır. Buna görə də onunla əlaqədar daha ciddi ölçü götürülməli, adının MŞ-nin «qara siyahı»sına daxil edilməsinin mümkünlüyü üzərində dayanılmalıdır.
Muğam müsabiqəsinin Münsiflər Heyətinin üzvlərinin «gununsesi.info» saytından şikayətinin müzakirəsi zamanı bildirilib ki, narazılıq doğuran material sözügedən saytdan çıxarılıb və cavabdeh KİV-ə bu sayaq yazıların təqdimatında həssas davranmaq, qarşı tərəfin mövqeyini nəzərə almaq tövsiyə olunub.
Salyan Rayon İcra Hakimiyyətinin «ulus.az» saytı ilə bağlı müraciəti zamanı narazılıq doğurmuş məsələnin artıq məhkəmə müstəvisinə daşındığı vurğulanıb və ona görə də gündəlikdən çıxarılıb.
Bakı şəhər sakini Azər Sərdarovun Qafqaz Xəbər Agentliyi ilə bağlı şikayətində şikayətçi tərəfə öz fikirlərinin düzgün şəkildə izah olunduğu mətni hazırlamaq, cavabdehə isə onun yayımlanmasını həyata keçirmək tövsiyə olunub.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR