Lənkəranda evə basqın - Yaşlı qadın qətlə yetirildi, qızı isə...

img

21-06-2017 [10:30]


Lənkəranda naməlum şəxslər evə basqın edib, qadın qətlə yetirilib, qızı yaralanıb.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Liman şəhərində qeydə alınıb.

Liman şəhər sakinləri 63 yaşlı Nəcəfova Arifə Əsəd qızı və 40 yaşlı Nəcəfova İlahə Təvəkkül qızı çoxsaylı bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər bir neçə bıçaq zərbəsi almış 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızının həyatını xilas edə bilməyiblər.

Onun qızı - 1977-ci il təvəllüdlü İlahə Nəcəfovanın vəziyyəti isə ağırdır və cərrahi əməliyyatı davam edir.

Qeyd edək ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş cinayətkar Liman şəhərində, Telman Bağırov 32 ünvanındakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA