19-06-2017 [13:26]
Xeybər Göyyallı
Sözün düzü, onun şəhid olduğunu Mirsədi Mirlərin "Kəhkəşan” adlı şeirlər kitabının əlyazma nüsxəsini ( adıçəkilən şeirlər kitabı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaqdır) oxuyarkən bildim.
İthaf şeiri olsa da, şeirin kimə həsr olunduğu barədə heç bir müəllif qeydi yox idi. Bu da müəllifə məxsus fərdi üslubdur. Doğrusunu deyim ki, bu ithaf şeirini oxuyana qədər Aida adlı Qarabağ şəhidinin adını eşitməmişdim. Aidanın şəhidlik zirvəsinə ucaldığını ilk dəfə ucadan bəyan edən Mirsədi Mirlər olmuşdur. Şeirin ruhu məni tutduğundan müəllifdən onun kimliyi barədə soruşdum. Mirsədi Mirlər söylədi ki, Aida Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub...
Bu ilin aprel ayında Mirsədi Mirlərlə Şəhidlər Xiyabınına Aidanın məzarının ziyarətinə getdik. Mirsədi bildirdi ki, Aidanın məzarı xiyabanın aşağı hissəsində olmalıdır. Necə oldusa, həmin gün axtardığımız məzarı tapmadıq. Aradan bir müddət keçəndən sonra, may ayında günlərin birində Mirsədi inadkarlıqla söylədi ki, bu gün Aidanın məzarını ziyarət etməliyik.
Bu dəfə Şəhidlər Xiyabanına nəzarət edən rəsmi quruma üz tutduq. Şəhidlər Xiyabanında yerləşən həmin binaya ayaq basar-basmaz ilk qarşılaşdığımız polis əməkdaşı gəlişimizin məqsədini soruşdu. Fikrimizi tamamlamamış Şəhidlər Xiyabanında səliqə-sahman yaradan qadınlardan biri dilləndi: ”Aida... cavan qızdı, qəbri lap aşağıdan birinci sıradadır”.
Aida Bəhram qızı Şahkərimova. Məzarüstü abidəsində olum və ölüm tarixi yazılıb:1976-19.06.1992.
Onun haqqında məzar daşındakı bu qısa qeyddən başqa heç bir məlumat yoxdur. Aidanın harada doğulması, necə və hansı şəraitdə şəhid olması haqqında heç bir məlumat əldə edə bilmədik. Google axtarış saytında da onun haqqında heç bir məlumata rast gəlmədik.
Bu məqamda Mirsədi Mirlərin Aidaya həsr olunmuş şeirinə diqqət kəsilək:
Sən şəhid olanda qara gözlərin ölmədi,
Eşq ilə dolu ürəyin, şirin sözlərin ölmədi,
Aida!
Hər vaxt görüşə gəldim, amma sən olmayanda,
Sən torpağa gömüldün, vətənin olmayanda.
Qarşında dayanmağa cürətim çatmır mənim,
Gözlərinə baxmağa qeyrətim çatmır mənim.
Gözlərinin içində səmanın sonsuzluğu,
Dənizin mənası var.
Aləmlərə bədəlsən, qara dünya sənə dar.
Girdim gözlərinin içindən sənin,
Qarabağı gördüm, Arazı gördüm.
Şəhid qəbirlərin üstündən əsən
ayazı gördüm,
Aida!
Bəlkə də, qəbrindən böyüdü dərdim,
Bəlkə də, ruhundan dərdləri dərdim.
Şəhidlərin əsəri dünyaların fövqündə,
Dünya məkan hökmündə,
Sən zamanın ritmində,
Aida!
Yollar haraya getsə, sənin gözündən keçər,
Gözlərini görənlər varıb özündən keçər.
Bəlkə, elə sən idin Qarabağın maralı,
Sən Vətənə can verdin , Vətən səndən yaralı.
Sənin gözlərindədir məhəbbətim, nifrətim,
Sənin şəhidliyində mənim Tanrı qüdrətim,
Aida!
Dumanlandı xəyallar, dumanlandı arzular,
Bir oyun oynadılar, bizə fitnə qurdular.
Səni də tulladılar fələklərin cənginə,
Ruhun üzərimizdə döndü eşq çələnginə,
Aida!
Dayan dünya, dur zaman, axarını dəyişdir,
Yenidən bizi oyat, Vətən üçün döyüşdür.
Bu qüdsi torpaq üçün ölüm, dirilim, ölüm...
...Bir qar yağdı sonsuza,
Ya Qarabağ, ya ölüm!
Aidanın şəhidliyinə həsr edilmiş bu seir onun haqqında hələlik yeganə sənət əsəridir.Ancaq həqiqi sənət əsəridir. Şəhidlik məqamına ucalmış Aidaya həsr olunmuş bu şeir ədəbi-bədii və sənət baxımından kifayət qədər güclüdür.
Mirsədinin bu şeiri 16 yaşlı Azərbaycan qızının kədərli və hüznlü taleyinə poetik bir xitabdır. Sözün bütün məqamlarında Mirsədinin bu şeiri təsirlidir. Mənə elə gəlir ki, Aida M.Mirlərin bu şeiri ilə yenidən doğuldu. Həm də bu gün-19 iyun onun şəhid olduğu gündür. Kimsə müdrikcəsinə deyib: ”Mən doğulduğum gün öldüm”.
Bu fikrin doğruluğuna şübhə etmədən deyə bilərik ki, canlarını vətən torpağı uğrunda fəda edənlər şəhid olduqları gün yenidən doğulurlar. 16 yaşlı Aidanın əbədiyyəti də ömrünün cismani qürubundan başladı. Necə ki, zaman onu unutmadı. Axı şəhidin zamanı olmur. Şəhidlər sabahdan görünür.
Amma onu hər bir azərbaycanlı tanımalıdır. Aida Bakıda Şəhidlər Xiyabanında uyuyan yeganə 16 yaşlı qızdır.
Bu yazının, bəlkə də, üslubunu dəyişib bir qədər fəqli də yazmaq olardı...
...Aida Vətənin bir qarış torpağında Vətənin bir qucaq gül-çiçəyi kimi bitib...
Mirsədi Mirlərin də bu şeiri Aidanın məzarı üzərinə qoyulmuş heç vaxt solmayan bir gül çələngidir.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR