Vəzifəli şəxsin oğlunun maşını bu hala düşdü - Özü xəstəxanaya yerləşdirildi

img

16-06-2017 [14:13]


Bu gün Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.

Lent.az xəbər verir ki, şəhərin mərkəzindəki Nizami küçəsində iri gövdəli ağac 1987-ci il təvəllüdlü Əliyev Rəvan Ramiz oğluna məxsus "Nissan Teana" markalı avtomobilin üstünə aşıb. Nəticədə sürücü ağacın altında əzilən maşının içində qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb.

Ətrafdakı insanların köməkliyi ilə o, maşından çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bədbəxt hadisə ilə üzləşən Rəvan Əliyev Mingəçevir şəhər 14 saylı orta məktəbin direktoru Ramiz Əliyevin oğludur. Onun vəziyyəti orta-ağırdır. Avtomobil isə yararsız vəziyyətə düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA