Evdən qaçan nişanlı qızlar tapıldı - VİDEO

img

12-06-2017 [16:06]


Şirvanda itkin düşən gəlin və baldız tapılıb.

Ötən gün Aytac Zahidovanın anası Flora Zahidovanın APA TV vasitəsilə müraciət etməsi nişanlı qızların evə qayıtmasına səbəb olub.

Aytac Zahidovanın anası Flora xanım APA TV-yə təşəkkür edib: "26 maydan evdən çıxıblar və 17 gün idi ki, onlardan xəbər yox idi. Sizə müraciət edəndən sonra qızım "Youtube”da videoya baxıb və evə qayıdıblar. APA TV-yə öz təşəkkürümü bildirirəm ki, qızımın tapılmasında bizə köməklik edib. Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər”.

Qeyd edək ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar. Hər ikisi nişanlı olan Aytac və Əfsanə gəlin-baldız olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA