09-06-2017 [13:37]
Yeniçag.az-ın "2:1” layihəsinin növbəti qonağı Bakı Bələdiyyə Teatrının aktrisası, maraqlı və cazibədar xanım Zülfiyyə Nəzər Məmmədovadır.
C.Səlimqızı
– Adam var bəxti üzdədir, əlini hansı işə atsa şans mələyi ona gülür, adam da var, əziyyətsiz heç nəyə nail ola bilmir. Səndə vəziyyət necədir?
– Dəfələrlə sınamışam, hara gedirəmsə, ora uğur aparıram. Bu baxımdan şanslıyam. Amma qohumum, arxamda dayanan kimsəm olmayıb, zəhmətimlə irəli getmişəm. Yəni heç kim qaşıma-gözümə görə məni irəli çəkməyib.
– Risqə getməyi xoşlayırsan?
– Həmişə.
– Bu yaxınlarda dağda bir çəkilişimiz oldu, kök bir xanımı kürəyimdə daşıdım. Kaskadyor təklif etdilər, razılaşmadım. Bir filmdə duzlu aş yeməliydim, xörək duzunu soyuq aşa töküb yedim, Döyülmək səhnəsində də deyirəm ki, məni həqiqətən də döyün, saçımı yolun.
– Bəs cəsur səhnələrə necə, çəkilərsən?
– Keçən il bir filmə çəkildim, uzun saçlarımı qulağımın dibinə qədər kəsdirdim. "Oğlan evi” filmində sinə dekoltesi ilə çəkildim.
– Bəlkə gözəlliyinlə kiməsə acıq vermək istədin, ona görə?
– Gözəl olduğumu bilirəm (gülür). Bir xasiyyətim var, nəsə xoşuma gəlməyəndə adamın üzünə deyirəm. İntriqa, söz atmaq məndə yoxdur. O filmdə də paltar vizual olaraq qəşəng göründü, ona görə də geyindim. Həm də oynadığım obraz imkanlı adamın məşuqəsi idi; yaxasıbağlı, uzunqol paltarla çəkilə bilməzdim ki…
A. Zeynalov:
– Siyasi prosesləri izləyirsiniz?
– Qarşıma çıxdıqca, bəli. Məsələn, bu yaxınlarda birinci xanımlarla bağlı bir yazı vardı, diqqətimi çəkdi.
– Araz Əlizadəni tanıyırsınız?
– Jurnalistdir?
– Deputatdır. İmkan düşən kimi Məmmədəmin Rəsulzadəni tənqid edir… Sizcə, düz edir?
– Gözümlə görmədiyim, qulağımla eşitmədiyim məsələ barədə fikir bildirə bilmərəm.
– Tanıdığınız siyasətçilər var?
– Putinə böyük simpatiyam var.
– Bəs Azərbaycanda?
– Mən axı demişdim siyasətdən danışmayaq.
C. Səlimqızı:
– Mənə maraqlı gəldi, Putini niyə bəyənirsən?
– Yaraşıqlı, həm də dəqiq və maraqlı insandır.
A. Zeynalov:
– Hərdən hansısa problemin həlli üçün Milli Məclisdə oturanlar hara baxır deyə, əsəbiləşirsən?
– Yox, çalışıram problemimi həmişə özüm həll edim. Bacardıqca problemdən qaçan adamam. Məsələn, qonşunun mənzilinə su damırsa, o yeri təmir edərəm ki, iş sahə müvəkkilinə qədər gedib çıxmasın.
– Hansısa problemin həlli üçün deputatla görüşmək istərdiz?
– Öz deputatınızı tanıyırsız?
– Yox. Amma səsverməyə həmişə gedirəm, çünki bu, hüququmdur.
C. Səlimqızı:
– Zaman-zaman gözəl aktrisaların paxıllığını çəkib, badalaq vuranlar olub. Bu baxımdan səndə vəziyyət necədir?
– Mən gözəl deyiləm axı…
– Bayaq özün dedin axı gözəlsən.
– Anam üçün gözələm… Heç kəslə həddən artıq yaxın dostluq münasibətim yoxdur. Hamıyla baryer saxlayıram. Kiminsə içində mənə qarşı hansı hisslərin olduğunu bilmirəm.
– Haqqında şayiələr eşidəndə neynirsən?
– Pis şayiə eşitməmişəm, çünki cəmiyyəti qıcıqlandıran hərəkətə yol vermirəm. Özüm də qanunlara riayət edirəm. Məsələn, ayağımı stolun üstünə qoysam xoşunuza gələr? Gəlməz. Qonşu stolda da belə etsələr xoşuma gəlməz, dərhal reaksiya verərəm.
– Necə?
– İçimdən nə gəlsə deyərəm.
– Maşın idarə edirsən?
– Yoxumdur, maşın həvəskarı deyiləm, çünki qorxu var içimdə, amma sürə bilirəm.
– Adətən, sənət adamlarına hədiyyələr olur: maşın, ev…
– Mənə elə hədiyyə verən olmayıb. Bax indi siz mənə əlinizdəki eynəyi versəz götürmərəm.
– Niyə?
– Hədiyyəni anam, qardaşım və qardaşımın həyat yoldaşından ala bilərəm. Xalam qızından belə adi dodaq boyası götürmərəm.
– Bəs özün necə, hədiyyə verirsən?
– Sevdiyim insanlara edə bilərəm.
A. Zeynalov:
– Yaxşı təcrübədi, tətbiq eləmək olar.
C. Səlimqızı:
– Yəni pərəstişkarın olan bir oğlandan hədiyyə götürməzsən?
– Yox. Ən azı nişanlımdan alaram. Lap elə o hədiyyəni apardım evə qardaşım deməz ki, bu hədiyyə hardan peyda olub? Əgər o oğlan hədiyyə verəcək qədər cəsarətlidirsə, əvvəlcə anasını evimizə göndərsin.
– Çox mühafizəkarsan…
– Bəli. 8 Mart bayramında direktorumuz Amaliya Pənahova hər il bayramlarda bizə hədiyyələr verir, alıram. Amma hansısa yad insanlardan hədiyyə almaram. Elə bir şərait də yaranmayıb.
– Bu mühafizəkarlıq mane olmur sənə?
– Mən buyam.
– Belə deyirlər ki, ağıllı qızlar evdə qalır…
– Qız qalar, qızıla dönər.
– Qızlar nədənsə, müasir oğlanlardan narazıdır. Bəs sən?
– Qardaşımdan razıyam.
– Mən sevgilidən danışıram…
– Kim ki deyir filankəs qəlbimi oğurladı, yalandır. Oğlan inadcıldırsa, kəsir qızın qarşısını deyir, sən mənim olacaqsan. İndiki oğlanların çoxu qız bir az naz edən kimi o saat üzünü çevirib gedir. Onlarda məsuliyyət hissi çatışmır.
– Bəlkə bunun bir günahı da elə qızlardadır…
– Düzdür, biz qızların da günahı var, çox tez şans veririk. Əvvəl qızlar şans verirdi, oğlan qızın arxasınca illərlə sürünürdü. İndi qızların ürəyini əldə etmək üçün oğlanların cəngavərlik hissi azalıb. 30 yaşım var, kənardan baxanda bilirəm ki, ona şans vermək olar ya yox.
– Cəmiyyətin qınağını da nəzərə alırsan yəqin…
– Ailəmi, qardaşımın əhatəsini düşünürəm. Başıaşağı olmasınlar deyə atdığım addımı hesablayıram. Səhnədə aktrisayam, həyatda Nəzərin qızı.
– Hələ yaxşı ki, xalanoğlanlarını, əmioğlanlarını nəzərə almırsan… Bezmirsən belə çərçivələrdən?
– Heç vaxt, mən ailəm üçün yaşayıram.
– Ay qız, özünü qurban verə-verə gedirsən, ömür keçir, gün keçir e…
– Mən beləyəm.
A. Zeynalov:
– Deputat olmaq istəmirsən?
– Yox.
– Hərdən əsəbiləşmirsən ki, bu problemləri niyə həll edən yoxdur?
– Hamı yaxşı işləyir.
– "Miss pozitiv” titulu vermək olar sənə?
– Bəli, mən gələcəyə ümidlə baxıram. Mənə siyasətdən sual verməyin.
C. Səlimqızı:
– Niyə siz sənətçilər siyasətdən ilandan qorxan kmi qorxursunuz?
– Qorxmuram, sadəcə danışmaq istəmirəm.
– Putini bəyənirsən, taniyırsan, bəs Fransanın prezidentini necə?
– Bilirəm ki, xanımı özündən 25 yaş böyükdür, özü də müəlliməsi olub.
– Ümumiyyətlə, kişinin xanımdan çox kiçik olmasına necə baxırsan?
– Qarşılıqlı sevgi varsa, bizə bir yerdə xoşdusa, yaşın nə fərqi var ki?!
– Səncə, oğlan səndən neçə yaş kiçik olsa, onunla evlənməyə razılıq verərsən?
– 30 unikal yaşdır, oğlan məndən 10 yaş böyük də ola bilər, 10 yaş kiçik də… Limit söhbəti yoxdur. Elə cütlük var ki, həmyaşıddır, amma 1 il keçmir, boşanırlar. Oğlan da var, 15 yaş özündən böyük xanımla xoşbəxt yaşayır.
– Bizdə adətdir, ərlik yaşına çatan qızın anasından tez-tez soruşurlar: hələ qızı vermirsən?
– Elə yox e, deyirlər, hələ tərpənmirsən? Məndən də soruşurlar, deyirəm yaxşısı çıxanda tərpənəcəm.
– Yaxşısı deyərkən?
– Namizəd məsuliyyətli, ailəcanlı olmalıdır, yumor hissi də mütləqdir. Yumor hissi ona görə olmalıdır ki, problemimi unutdursun. Pis məqamda, yıxılıb öləndə, nəsə desin, gülüm.
– Bəs xarici görünüş? Bəzi qızlar demişkən, boy-buxun, xarizmatik baxışlar-filan…
– Mənə şirindisə, onun boy-buxunu maraqlı deyil.
– Yəni deyirsən, meymundan bir balaca fərqlənsə, bəsindir?
– Əslində, çox yaraşıqlı oğlanlar mənə xoş gəlmir. Oğlan var, baxırsan, əyri burnu, yekə ağzı var; eybəcərdir, amma xarizmatikdir. Soyuq gözəllik nəyə lazımdır ki?!
– Bəs cibi maraqlı deyil?
– 400-500 manat məvacibi olsa, yetər.
– O pula dolanmaq olar?
– Mən elə xanımam ki, 100 manatla da ailəmi dolandıraram. 30 yaşım var, indiyə qədər qazandığımı qəpiyə kimi anama verirəm. 20 qəpik də cibimə qoymuram. Yolpulumu da anam verir.
– Birdən oğlan dedi ki, sənətini at…
– Layiqli oğlan olsa, sənətimdən də imtina edərəm. Hələ ki, "sənəti at, ailə quraq” deyən olmayıb.
A. Zeynalov:
– Siyasi rəğbətin olan siyasətçilər var?
– "YAP”çıyam. Hamıya hörmətlə yanaşıram.
– İndi hansısa YAP üzvü barədə mənfi fikir söyləsəm, reaksiyan necə olar?
– Mən özümə cavabdehəm.
A. Zeynalov:
– Yəni təəssübkeşliyin yoxdur, müdafiə etməzsən?
– Baxır hansı istiqamətdə tənqid edərsiz, məncə, susmaq ən gözəl müdafiədir.
C.Səlimqızı:
– Bunun öz elə siyasətdir də. Bizimlə ünsiyyət xoşuna gəldi?
– Siyasi suallar verməyinizi bəyənmədim, amma ünsiyyət ürəyimcə oldu. Məndə altıncı hiss çox güclüdür. Bu layihəniz çox xoşuma gəlirdi, həmişə oxuyurdum. İstəyirdim ki, məni də bu layihəyə dəvət edəsiz, sizə şüuraltı siqnallar ötürdüm və siz də məni bu layihəyə dəvət etdiniz.
– Bu qədər romantikanızla şeir yazmırsınız ki?
– Hardan bildiniz? Yazıram.
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURİYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"
Türkiyədə FETÖ-yə qarşı əməliyyat davam edir - Saxlanılanlar var