Kənan özü getdi, Aqil heç kimi çıxarmadı - “Maşın”da gözlənilməz qərar

img

04-06-2017 [00:15]


"Maşın” realiti şousunda gözlənilməz anlar yaşanıb.

Mia.az qafqazinfo-ya istinadən xəbər verir ki, iştirakçılar tərəfindən seçilən rejissor Aqil M.Quliyev tamaşaçılara üz tutaraq yarışmada qalmaq istədiyini bildirib. O, qeyd edib ki, səs toplaya bilsə, həmkarı Kənan Mahmudovu (Kənan M.M) yarışmadan kənarlaşdıracaq.

Şou davam edən müddətdə iştirakçılar arasında anlaşılmazlıq yaranıb, onlar A. Quliyevin niyə belə addım atdığını başa düşmədiklərini bildiriblər. Oyunun sonuna yaxın Kənan M.M qəfildən əlini maşının üzərindən götürüb və yarışmanı bitirdiyini deyib.

Rejissor Aqil M. Quliyevdən başqa heç kimlə sağollaşmadan efiri tərk edib.

Aqil M. Quliyev isə tamaşaçılardan "qalsın" səsini toplaya bilib və yarışmada qalaraq heç kimi uzaqlaşdırmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA