Bakıda dəhşətli intihar - Arterial damarını kəsdi

img

03-06-2017 [12:25]


Bakıda 49 yaşlı kişi intihar edib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1968-ci il təvəllüdlü Azər Abdullayev yaşadığı evdə boyun nayihəsindəki arterial damarını kəsib.

Yaxınları onu xəstəxanaya çatdırsalar da, A.Abdullayev çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

"Report”


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA