"Allah saxladı, ölümdən döndüm” - Jurnalist qəzaya düşdü

img

01-06-2017 [19:27]


Jurnalist Tahirə Məmmədqızı avtomobil qəzası keçirib.
 
Mia.az yenicag.az-a istinadən bildirir ki, hadisə yas mərasimindən qayıdarkən baş verib. 

Hələ də şokda olan aparıcı-jurnalist ölümdən döndüyünü deyir:
 
"Yaxın dostum, tanınmış rejissor Xamisin törətdiyi qəza nəticəsində dünyasını dəyişən xanımın yas mərasimindən qayıdırdım. İnanın, özümdə-sözümdə deyiləm. Heç surətlə də sürmürdüm… Bir onda gördüm ki, maşına sol tərəfdən güclü zərbə dəydi. Həkimə necə, nə vaxt çatdırıblar xatırlamıram. Xəstəxanadayam, ayağımdan zədə almışam. Daha betər ola bilərdi, Allah saxladı, ölümdən döndüm”.
 
Qeyd edək ki, T. Məmmədqızı bir neçə dəfə avtomobil qəzası keçirib.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA