30-05-2017 [18:00]
Dövlət İmtahan Mərkəzi martın 12-də Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmir rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
Mia.az DİM-ə istinadən xəbər verir ki, imtahanda iştirak edən şagirdlər (34124 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Beləliklə, şagird öz yazı işi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.
Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunur. İmtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə şagirdlərin Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.
Yaxın günlərdə martın 18-də və aprelin 16-da keçirilmiş imtahanların nəticələri də mərhələli şəkildə açıqlanacaq.
İmtahanların nəticələri ilə bağlı 5-9 iyunda saat 9:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Apelyasiya Komissiyası Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, DİM-də inşaların (esselərin) yoxlanılması prosesi davam edir və buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək inşalara (esselərə) verilən qiymətlər də elan olunacaq.
Universitetə silahlı hücum: 1 ölü, 6 yaralı var
Qlobal bilik indeksi 2024: dünyada mövcud vəziyyət - Professor yazır
KOBİA İdarə Heyətinin sədrinə yeni I müavin təyin olunub
İlham Əliyev QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət göndərib
Xocalı şəhərinə daha 33 ailə köçürülüb
Netanyahu: "Fələstin dövlətinin yaradılması ideyası axmaqlıqdır"
Mərmərə dənizində yenə baş verib
Xəzər dənizində 3,6 maqnitudalı zəlzələ olub
Türkiyədə daha bir zəlzələ - 4.9 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sərhəddə gərginlik: bir nəfər öldürülüb, 3 nəfər qaçıb, digər 3 nəfər isə qandallanıb - DSX açıqlama yaydı
İlham Əliyev İran prezidentinə başsağlığı verdi: "Xəbər bizi son dərəcə kədərləndirdi"
Bu gün buraxılış imtahanı keçirilib (Yenilənib)
Tarif Şurası katibinin müavini qazi ilə əlbəyaxa olub - Hər iki tərəf döyüldüyünü deyir (YENİLƏNİB)
Sabah yağış yağacaq
Bakıda avtobusların yolu dəyişdi - SİYAHI
Naxçıvan Dövlət Universitetinin tələbələrini maşın vurub
Xarici İşlər Nazirliyi İrana başsağlığı verdi: "Partlayış bizi dərindən kədərləndirdi"
İranda nə baş verir? - 18 əfər ölüb, 1200-dək yaralı var (YENİLƏNİB)
Tofiq Yaqublu xəstəxanaya köçürüldü - Həkimdən açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda itkin düşmüş qızların yeri bəlli oldu - Taksi sürücüsü gizlədibmiş (Yenilənib)
Rusiya ordusu Kurski azad edib
Sabahın hava proqnozu açıqlandı
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını rədd edib - Ruben Vardanyan və digərləri ilə bağlı
Elçin Cavadovun "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib - FOTOLAR
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PA-nın vəzifəli şəxslərinin qəbul günləri... - CƏDVƏL
Malyariyaya qarşı sağlam gələcəyin təmin olunması ictimaiyyətin birgə məsuliyyətidir - Təranə Tağızadə yazır
Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
Ekvadorda zəlzələ baş verib - 6,3 bal gücündə
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - Sərəncam
Bəzi rayonlarda daşqın və sel olacaq
İki bankın əmlakları hərraca çıxarılıb
Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb
Bu kollecə direktor və müavin təyin olunub